Yuxarı

Bakıda məktəbdə partlayış: xəsarət alan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə vurğulanıb ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.

Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib.

Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Tarix
2024.10.01 / 12:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin hücumu: Pezeşkian susur, Zəngəzur meydanda…

Prezidentin Rusiyaya təyin etdiyi səfir kimdir? - Dosye

Prezident və oğlunun onunla görüşü diqqət çəkdi - Video

Bizim düşmənimiz Əliyev deyil, odur! - Xzmalyan

Erməni arxiyepiskop azərbaycanlı diplomatları öydü

Özəl sektorda da maaş artımları olacaqmı?

Bakı müharibəyə hazırlaşmalıdır - Solonnikovdan şok

Səfirliyimizə hücum edən niyə cəzalanmır? - Baş prokuror

Mişustinin səfəri: Bu liman İrəvanla Moskvanı yaxınlaşdırır

İsrail Livana girdi: İranın cavabı nə olacaq? – Özər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla