Yuxarı

Elgün Məhəmmədəlizadəyə yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük Təchizat ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Elgün Məhəmmədəlizadə İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elgün Məhəmmədəlizadə Bakalavr və Magistr təhsilini Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə alıb, Almaniyanın Hamburq şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib. Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.

Elgün Məhəmmədəlizadə "PMD Group" MMC-də təchizat üzrə qrup rəhbəri, "Agro Food İnvestments" MMC-də Qrup Satınalma meneceri, "Agrotrade Supply" MMC şirkətlər qrupunda Qrup Satınalma rəhbəri vəzifələrində çalışıb. "ATS Food" MMC-də Satınalma və Logistika üzrə direktor müavini vəzifəsini icra edən Elgün Məhəmmədəlizadə təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir. Təyinatdan əvvəl Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

İngilis dilini bilir. Ailəlidir, 2 övladı var.

Tarix
2024.10.01 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türk liderlər Budapeştdə toplanır - Əliyev də iştirak edəcək

Özbəkistandan Azərbaycan vətəndaşlarına jest

Səfirliyimizə hücum edən şəxs edam olundu

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülhün imzalanması üçün 2 şərt var...

Lavrova İrəvanda şok: “Putin qatildir” şüarı ilə qarşılandı

Bakıda mühüm tədbir keçirildi

Əliyevlə Orban mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Numan Qurtulmuş Ədalət Vəliyevlə görüşdü

Əliyevlə Orbanın geniş tərkibdə görüşü oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla