Yuxarı

Əli Əsədov yeni qərar imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti 7 noyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlərlə əvəzlənib və tərkibi aşağıdakı kimi təsdiqlənib:

- lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

- fəaliyyət növü üzrə normativ hüquqi aktların və işlərin aparılması qaydalarını müəyyənləşdirən texniki sənədlərin siyahısı;

- yanacaqdoldurma və qaz təchizatı obyektinin istismara qəbulu aktının surəti;

- yanacaqdoldurma və qaz təchizatı obyektində istifadə olunan partlayışyanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların “Texniki təhlükəsizlik sertifikatı”nın surəti;

- yanacaqdoldurma obyektində (mikro və kiçik sahibkarlıq subyektlərinə məxsus obyektlər istisna olmaqla) elektrik mühərrikli nəqliyyat vasitələri üçün 50 kVt-dan az olmayan nominal gücə malik elektrik enerjisi doldurma məntəqələrinin mövcudluğu;

- fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” qanunun tələblərinə uyğun olması barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi;

- ərizəçinin görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizliyinə nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;

- yanacaqdoldurma məntəqəsinin texniki təhlükəsizlik bəyannaməsi.

Tarix
2025.05.21 / 09:44
Müəllif
Axar.az
Digər xəbərlər

Budapeşt Bəyannaməsi qəbul edildi

Əliyevlə Ərdoğanın Budapeştdə səmimi söhbəti - Video

Azərbaycanda 9-cu hava limanı istifadəyə veriləcək

Əziz Səncərin təltif olunması: Prezident də iştirak etdi

Ermənistan Azərbaycanın 7 rayonunu ələ keçirmək üçün...

İran hərbçiləri Azərbaycanda, Nəsirzadə İrəvanda…

İlham Əliyev Budapeştdə mühüm iclasda çıxış etdi - Foto

Rusiya Bakıya qarşı niyə "savaş" açıb?

Onlar İlham Əliyevi təbrik etdi

Lavrovdan təklif: XİN başçıları Bakıda görüşsün!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla