Yuxarı

Bakı-Quba yolunda qəza: ölü və yaralılar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Quba yolunda qəza: ölü və yaralılar var

2025.05.20 - 21:41

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub, ölən və yaralananlar var.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı "Mersedes" markalı iki minik avtomobili və üç yük maşını toqquşub.

Toqquşma nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

***

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) 20.05.2025-ci il tarixində saat 21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

Qəza Bakı–Quba yolunun 30-cu kilometrliyində baş verib.

Hadisə zamanı 1983-cü il təvəllüdlü Samiq Fərhad oğlu Abdullayevə məxsus, dayanmış vəziyyətdə olan “MAN” markalı, 77-BT-544 dövlət nömrə nişanlı yük avtomobilinə 2001-ci il təvəllüdlü Ramazan Habil oğlu Həsənovun idarə etdiyi “Mersedes ML” markalı, 77-TB-495 dövlət nömrə nişanlı minik avtomobili çırpılıb.

Qəza nəticəsində sürücü Ramazan Həsənov qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi xəsarətləri alıb. Yük avtomobilinin sahibi Samiq Abdullayevin döş qəfəsində əzik və sağ ayağında sınıq aşkarlanıb.

“Mersedes ML”də sərnişin qismində olan 1986-cı il təvəllüdlü Ruslan İsmayıl oğlu Rzayev isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.05.21 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla