Yuxarı

Fransız səfirin məktubu: 40 min azərbaycanlıya hücum… - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransız səfirin məktubu: 40 min azərbaycanlıya hücum… - Foto

Fransa Xarici İşlər Nazirliyinin arxivində saxlanılan P 16674 saylı sənəd! Bu, Fransanın vaxtilə Tiflisdə fəaliyyət göstərən Qafqaz üzrə ali komissarı (səfiri) Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransa XİN-ə göndərilmişdir və hazırda orda arxivində saxlanılan məktubdur.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev paylaşdığı foto ilə bağlı qeyd edib (foto yazının sonunda təqdim edilir – red.).

Alim qeyd edib ki, məktubda Ermənistanda, paytaxt İrəvan ətrafında yaşayan, qadın və uşaqlar da daxil olmaqla, 4 000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir:

“Məktubdan çıxarış: “…Bu hərbi əməliyyatlara gəldikdə isə Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40 000-dən çox müsəlmanın (azərbaycanlının) məskunlaşdığı 25 tatar (azərbaycanlı) kəndini mühasirəyə almışlar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən, qadın və uşaqlar da daxil olmaqla, 4 000 nəfər Araz çayına tökülərək öldürülüb. Bu məktubda təfərrüatları sadalamaqla göstərmək istəyirəm ki, heç də həmişə eyni əhali (xalq) kütləvi qırğına məruz qalmır...”

Tarix
2025.05.19 / 09:00
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla