Yuxarı

Bakıda avtobus sürücüsü taksi sürücüsünü ürəyindən bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtobus sürücüsü taksi sürücüsünü bıçaqlayıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.

Həmin ərazidə müştəri yığan "Mersedes" markalı avtomobilin sürücüsü ilə paytaxtda fəaliyyət göstərən 14 saylı xətt marşrutu ilə hərəkət edən avtobusun sürücüsü arasında mübahisə yaranıb.

Mübahisə taksi sürücüsünün avtobus zolağında maşın saxlamasına görə olub. Sürücülər sözlə mübahisə etsələr də, dava olmayıb. Taksi sürücüsü avtomobilinə qayıdarkən qəfil avtobus sürücüsünün ona tərəf gəldiyini görüb və əlbəyaxa olublar. Hadisə nəticəsində avtobusun sürücüsü taksi sürücüsünü ürəyindən və qarın boşluğundan bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə avtobusun sürücüsü 6 il 3 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Tarix
2025.05.21 / 09:37
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla