Yuxarı

İsrailin hücumu: Pezeşkian susur, Zəngəzur meydanda…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın mərhum prezidenti İbrahim Rəisi Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin “milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirmişdi. İbrahim Rəisi Tehranda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün əsas olacağını, ölkələr üçün milli təhlükəsizliyə təhdid yaradacağını iddia etmiş və İranın buna qəti şəkildə qarşı olduğunu vurğulamışdı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, NATO-nun Zəngəzur dəhlizinə nə aidiyyəti var, bunun izahını kimsə verməyib:

“NATO-nun Zəngəzur dəhlizinə aidiyyəti varsa, Çin öz mallarını Orta Dəhlizlə (Zəngəzur dəhlizi bunun tərkib hissəsidir) Avropa ölkələrinə daşıyarmı? NATO ilə Zəngəzur dəhlizi arasında əlaqə yaratmaq məntiqə sığmır. İbrahim Rəisi helikopter qəzasında həlak olduqdan sonra da iranlı rəsmilər, diplomatlar və mollalar Zəngəzur dəhlizi əleyhinə açıqlamalarına ara vermədilər. Ermənistanın Baş naziri Nikol Paşinyan Məsud Pezeşkianın Tehranda andiçmə mərasimi çərçivəsində ali dini lideri Əli Xamenei ilə görüşdü. Paşinyan Zəngəzur dəhlizi barədə fikir söyləməzkən, Əli Xamenei bu dəhlizin reallaşmasının əleyhinə olduğunu vurğuladı. Paşinyan Xameneinin bu sözlərinə reaksiya vermədi, çünki bu dəhlizin İrana dəxli yoxdur, nəqliyyat yolu Ermənistan ərazisindən keçəcək.

İranın yeni Prezidenti Məsud Pezeşkian bu vaxta qədər Zəngəzur dəhlizinin əleyhinə fikir bildirməyib. Görünür, Pezeşkian daxilən anlayır ki, Zəngəzur dəhlizinin İran üçün təhlükəsi yoxdur, sadəcə, o, bu barədə açıqlama vermək istəmir. Əks halda o, İranın mühafizəkar dairələrinin qəzəbinə tuş gələcək. İranın baş dərddədir, imicinə böyük zərbə dəyib. İsrail İranın silahlandırdığı regional silahlı qrupları başsız qoyub, komandirlərinin mütləq əksəriyyətini öldürüb. İsrail raket zərbələriylə SEPAH generallarını müxtəlif ölkələrdə öldürməkdə davam edir. Tehran və Qum İsrailə qarşı bir şey edə bilmədikləri halda, onların Zəngəzur dəhliziylə bağlı hədələrinin heç bir əhəmiyyəti qalmayıb. Beynəlxalq aləm də gördü ki, İrandakı siyasi və hərbi dairələr ancaq sözdə qorxu yaratmağa çalışırlar, reallıqda isə elə bir gücləri yoxdur, olsaydı, kiçik İsraillə savaşa başlayardılar. İranın parçalanması və bir neçə yerə bölünməsi təhlükəsi barədə ən doğru izahı elə ölkə Prezidenti Məsud Pezeşkian verib.

Yaxın Şərqdə baş verən son olaylar Zəngəzur dəhlizinin reallaşmasını sürətləndirə bilər, bu, Çindən başlayaraq hamının, o cümlədən Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistanın da xeyrinədir”.

Tarix
2024.10.01 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Bakı ilə danışıqlar dalana dirənib - Simonyan

Prezidentin Rusiyaya təyin etdiyi səfir kimdir? - Dosye

Prezident və oğlunun onunla görüşü diqqət çəkdi - Video

Bizim düşmənimiz Əliyev deyil, odur! - Xzmalyan

Erməni arxiyepiskop azərbaycanlı diplomatları öydü

Özəl sektorda da maaş artımları olacaqmı?

Bakı müharibəyə hazırlaşmalıdır - Solonnikovdan şok

Səfirliyimizə hücum edən niyə cəzalanmır? - Baş prokuror

Mişustinin səfəri: Bu liman İrəvanla Moskvanı yaxınlaşdırır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla