Yuxarı

Türk müşavirliyi imtina etdi, “kağız” başladı: XX əsrə qayıtdıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə təhsil alan tələbələr üçün yeni və gözlənilməz problem yaranıb. Belə ki, indiyə qədər “öyrənci bəlgəsi”ni təsdiqlətmək üçün Türkiyə universitetlərindən elektron formada təqdim edilən sənədi Türkiyə Eğitim Müşavirliyi cəmi 3 gün müddətində, 3-4 manat rüsum qarşılığında tərcümə-təsdiq edir və bununla da məsələ yekunlaşırdı. Hazırda isə bu proses Azərbaycan notariuslarının səlahiyyətinə verilib və problem də bundan başlayıb.

Axar.az xəbər verir ki, Türkiyə Eğitim Müşavirliyinə müraciət zamanı PDF formasında təqdim edilən sənəddəki QR kod sənədin təsdiqlənməsi üçün kifayət edirdi. İndi isə Azərbaycan notariusları QR kodla sənədin təsdiqindən imtina edir.

Notariuslardan bildirilir ki, mütləq şəkildə “tələbə bəlgəsi” kağız formada çıxarılmalı, üzərinə aidiyyəti universitetin möhürü vurulmalıdır və bu da kifayət deyil: sənədin mütləq şəkildə notariusa orijinalı təqdim edilməlidir. Yəni sənəd Türkiyədə rəsmi təsdiqlənəndən sonra belə elektron qaydada göndərilərsə və burada kağıza çıxarılarsa, qəbul edilmir.

QR kodla sistemə girib, tələbənin bütün məlumatlarına çıxış imkanı olduğu halda, bu problemi notariuslar niyə yaratmalıdır? Hansı dövrdə, əsrdə yaşayırıq? Tələbə təhsilini yarımçıq qoyub, sənədi alandan sonra təyyarəyə bilet alıb, Bakıya gəlməli və yenidən təhsilinə davam etmək üçün geri qayıtmalıdır? Dünənə qədər Türkiyə Egitim Müşavirliyinin heç bir problem olmadan, çox qısa müddətdə və cüzi rüsumla həyata keçirdiyi bu prosesi Azərbaycan notariusları niyə dramatikləşdirməlidir?

Mövzu ilə bağlı Ədliyyə Nazirliyinə ünvanladığımız sual-cavabı təqdim edirik:

- Qeyd olunan Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin qərarıdır. Türkiyədə verilmiş sənədlərin elektron məlumat bazasına notariusların çıxışı yoxdur. Bununla əlaqədar sənədlər kağız daşıyıcıda tələb olunur. Sorğunuzla əlaqədar Səfirliyin Təhsil Müşavirliyinə də müraciət etməyiniz tövsiyə olunur. Sənədin kiminlə göndərilməsi isə fərq etmir.

- Yəni bu qərarı - tərcümə -təsdiq qaydasının dəyişdirilməsini, səlahiyyətlərin notariusa verilməsini Türkiyə tərəfi qəbul edib?

- Belə görünür ki, qərarı müşavirlik verib.

- Öyrənci bəlgəsində yerləşdirilən QR kod tələbənin elektron məlumat bazasına giriş əldə etmək kifayətdir. Yeri gəlmişkən, müşavirliyin təsdiqindən sonra DOST Mərkəzinə müraciət edərkən, mərkəz əməkdaşları da QR kodla sistemə daxil olub, əlavə olaraq lazımı məlumatları götürür və sənədləşməyə daxil edirdilər. Yəni ölkəmizdə bu sistem işləyib və heç bir narahatlıq da olmayıb. Nə üçün notarius həmin QR-i oxutmaqla sistemə daxil olmur? Sənəd möhürlənəndən sonra belə onun elektron poçt vasitəsilə göndərilməsi də deyil, “orijinalının” tələbinin səbəbi nədir?

- Türkiyədə tərtib olunan sənədləri notarius apostilsiz qəbul edə bilməz. Bu tələb “Xarici mənşəli sənədlərin leqallaşdırlması tələbini ləğv edən Konvensiya”da öz əksini tapıb. Necə ki, Azərbaycanda tərtib edilmiş sənədlər Türkiyədə apostilsiz qəbul edilmir. Elektron apostil proqramını Türkiyə də tətbiq edir. Lakin onların bazası yalnız öz vətəndaşları üçün əlçatandır. Elektron apostil proqramı isə hər bir ölkənin öz daxili qanunvericiliyinə uyğun həyata keçirilən tədbirdir ki, informasiya təhlükəsizliyi baxımından hər ölkədə fərqli yanaşmalar var.

- Türkiyə o vaxt azərbaycanlı tələbələrdən apostil istəyir ki, onun QR kodu olmur və yaxud elektron sistemə girib, o sənədin elektron formada təsdiqini tapa bilmir. Məsələn, Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsinin elektron sistemdə məlumat bazasını göstərə bilirsə, onda Türkiyədə sənədin tərcümə-təsdiqi tələb edilmir. Bu dəqiqə həmin QR kodu oxutmaqla özümüz Türkiyə universitetinin sisteminə daxil olduq, sənədləri əldə etdik, bütün baza məlumatlarını gördük. Həmçinin, hazırda bəhs etdiyim sistem uzun müddətdir aktivdir, işləkdir. Dünənə kimi bunu müşavirlik rahatlıqla edirdi, indi notarius edir, amma şərt qoyur ki, orijinal kağız daşıyıcı olsun. Mənim belə QR kodu oxutmaqla gördüyüm sistemi notarius necə olur ki, görə bilmir?

- Notarius sənədləri təkcə QR kod üzərindən yoxlamır. Əsas yoxlama aləti Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının www.hcch.net internet saytında yerləşdirilmiş ölkələrin rəsmi reyestrlər mənbəyidir. Yoxlama zamanı mötəbər mənbə əlçatan olmadıqda bu sənədlərin elektron bazadan əldə edilməsini imkansız edir.

Göründüyü kimi, Ədliyyə Nazirliyi mövcud qanunvericiliyə istinad edir və heç bir yenilik tətbiq etməkdə maraqlı olmadığını nümayiş etdirir. Nəticə etibarilə Azərbaycan vətəndaşlarını 20-ci əsrə qaytarır. Ancaq “güzəşt” də edir – bildirir ki, sənədin kimin gətirməsinin fərqi yoxdur. Yəni tələbə özü sənədin orijinalını təyyarə ilə gətirib verməyə bilər, tələbənin valideyni təyyarə ilə uçub gedib sənədi götürüb, qayıda bilər, zatən quru sərhəd də bağlıdır.

Tarix
2024.10.01 / 12:22
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

İsrailin hücumu: Pezeşkian susur, Zəngəzur meydanda…

Prezidentin Rusiyaya təyin etdiyi səfir kimdir? - Dosye

Prezident və oğlunun onunla görüşü diqqət çəkdi - Video

Bizim düşmənimiz Əliyev deyil, odur! - Xzmalyan

Erməni arxiyepiskop azərbaycanlı diplomatları öydü

Özəl sektorda da maaş artımları olacaqmı?

Bakı müharibəyə hazırlaşmalıdır - Solonnikovdan şok

Səfirliyimizə hücum edən niyə cəzalanmır? - Baş prokuror

Mişustinin səfəri: Bu liman İrəvanla Moskvanı yaxınlaşdırır

İsrail Livana girdi: İranın cavabı nə olacaq? – Özər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla