Yuxarı

İçərişəhərə yalnız onlar maşınla daxil ola biləcək - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşa Qala Qapıları qarşısındakı meydan və Əziz Əliyev küçəsindən əlavə, avtomobil sayının çoxluğu İçərişəhərin daxilində də xaotik vəziyyət yaradır. Bu, İçərişəhərin tarixi ruhuna mənfi təsir göstərir, çoxsaylı qonaqların burada cəmləşən görməli məkanlara marağının daha da artmasına, onların Bakının mərkəzində rahat gəzməsinə və istirahətinə mane olur. Bundan başqa, İçərişəhərdə mövcud parklanma yerləri geniş ərazini əhatə edir, ətrafda yerləşən tarixi binaların görkəmini korlayır, dar qədim küçələrdə nəqliyyatın sıx hərəkəti isə piyadaların, o cümlədən turistlərin təhlükəsizliyinə təhdid, səs-küy isə sakinlər üçün narahatlıq yaradır. Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir.

Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin (AYNA) sədri Anar Rzayev deyib.

“Mütəxəssislərimiz bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər. Müfəssəl təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur”, - o bildirib.

A.Rzayev deyib ki, İçərişəhər sakinləri və bu ərazidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin avtomobilləri nömrətanıma sistemi ilə əraziyə daxil ola biləcək:

“Digər hamı üçün nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması bir sıra üstünlüyə malikdir. Bu, avtomobillərin sayını, səs-küyü azaltmaqla İçərişəhər sakinlərinin və qonaqların rahatlıq və təhlükəsizlik səviyyəsini yüksəldəcək və digər amillərlə yanaşı, paytaxtın əsas görməli yerlərindən birinin qorunub saxlanmasına töhfə verəcək.

Həmçinin ən əsası avtomobillərin hərəkətinin məhdudlaşdırılmasının müsbət cəhətlərdən biri də odur ki, tarixi abidələrin aşınmasının, infrastrukturun tez köhnəlməsinin qarşısını alacaq.

Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının turistlər arasında populyar olan bu məkana daha rahat çatmasına imkan verəcək.

Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq. Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək.

Turizm aspektindən danışsaq, Əziz Əliyev küçəsinin piyada zonasına çevrilməsi və İçərişəhərin sakinlərin avtomobilləri istisna olmaqla nəqliyyat vasitələri üçün bağlanması turistlərin marağını artıracaq, ziyarətçi axınının çoxalmasına əlverişli şərait yaradacaq”.

Tarix
2024.10.02 / 16:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda itkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu

İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?

İran vurduğunu, İsrail dəf olunduğunu deyir, görüntülər hanı?

Prezidentin abidə açılışında diqqət çəkdiyi məqam...

İlham Əliyev 2 fərman imzaladı

İranın İsrailə raket hücumu ilə bağlı Ağardan şok açıqlama

Rusiya Qarabağda baş konsulluq açır? - Klimov

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı - Foto

Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var

İran bazarlığa hazırlaşır: Proksilərini də, Rusiyanı da satacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla