Yuxarı

Direktor valideynlərlə müqavilə bağlamaq istədi... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisəsi ilə valideynlər arasında şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı müqavilənin bağlanması məqsədə uyğun deyil.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, məktəbin idarəolunmasında, şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı proseslərdə valideynlərin aktiv iştiraklarının artırılması təhsil prosesinin daha səmərəli təşkilində mühüm rol oynasa da, valideynlə əlavə müqavilənin bağlanması ilə bağlı müəssisənin müvafiq təşəbbüsünə İdarə tərəfindən müsbət yanaşılmır və bu təcrübənin aradan qaldırılması tapşırığı verilib:

“Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə müvafiq olaraq, valideynlərin vəzifələri qanunla müəyyənləşdirilib. Digər vəzifələrlə yanaşı, bu vəzifələr arasında təhsilalanın təhsildən yayındırılmaması, ümumi təhsil müəssisəsinin daxili nizam-intizamına riayət edilməsi və digər mühüm məsələlər yer alır. Qeyd edirik ki, qanunla tənzimlənən bu cür məsələlərdə müəssisə və valideynlər arasında əlavə olaraq müqavilənin bağlanması uyğun deyil”.

Qeyd edək ki, Xırdalan şəhəri 1 nömrəli məktəbin rəhbərliyinin valideynlərə nizam-intizamla bağlı müqavilənin imzalanmasını təklif etməsi ilə bağlı məlumat yayılıb.

Tarix
2024.10.04 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu məqalənin müəllifi Əli Kərimli deyilmiş - Foto

QHT-lər Adam Şiffə açıq məktub yazdı

Prezident Ermənistana xəbərdarlıq etdi

Sanksiya tətbiq edir, sonra deyir ki, dostluğu möhkəmləndirək...

Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! - Əliyev

Prezident şok faktı açdı: Səhər mən o müraciəti vərəqlədim...

Bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir - Prezident

Bu əməliyyat xüsusi əhəmiyyətə malik idi - Prezident

İlham Əliyev Cəbrayılda yaşayış kompleksinin açılışında...

Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla