Yuxarı

Başçı ilə birgə həbs edilən baş həkim azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilən rayon xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.

Axar.az xəbər verir ki, Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzərə alaraq qalan 1 il 4 aylıq cəzadan şərti olaraq azad edilib.

Qeyd edək ki, C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlərininkini 5 il 6 aya endirib.

Ali Məhkəmədə isə Ceyhun Cəfərovun cəzası 4 il 6 aya, Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirilib.

Daha sonra sabiq icra başçısı Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Tarix
2024.10.11 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Braziliya prezidenti COP29-da iştirak edəcək

Erməni mafiyası COP29-a qarşı - Video

Britaniyadan şok: Zəngəzur tabe edilir, Bakı NATO-ya üzv olur...

Azərbaycanın MDB məkanında nüfuzu artır - Deputat

İrəvanı qorxuda: Türkiyə Ermənistana qoşun yeridəcək...

Prokurorun Əhmədlə bağlı açıqlamasında sensasion detal

Corciya Meloni Azərbaycana gələcək

Əhməd niyə ömürlük həbsə deyil, müalicəyə göndərildi?

“Nar” sərfəli smartfon modellərini təqdim edir

Ölkəmizdə süni yağış texnologiyası tətbiq ediləcək

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla