Yuxarı

Naftalan İH-in tenderi ləğv edildi, başçıya xəbərdarlıq olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naftalan İcra Hakimiyyətinin tenderi ləğv edilib.

Axar.az Tribunainfo-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərar qəbul edib.

Məlumatda bildirilir ki, Naftalan İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Naftalan şəhərinin daxili yollarını əsaslı təmir etmək fikrində olub. Bu məqsədlə 349 min manat pul da ayırıb. Amma məlum olub ki, İcra Hakimiyyəti qiymətləndirmə prosesində şişirtməyə gedib və xərcləri çox göstərib. Elə bu səbəbdən də Anti-İnhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti AİBNDX/SQ-9133/2024 saylı qərar qəbul edib. Həmin qərara əsasən Naftalan İcra Hakimiyyətinə tövsiyələrlə yanaşı, xəbərdarlıq da edilib.

Xatırladaq ki, Naftalanın icra başçısı Vüqar Vahid oğlu Novruzovdur. 1980-ci il təvəllüdlü icra başçısının atası isə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovdur.

Tarix
2024.10.11 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Şiff Bakının ABŞ-a etdiyi yaxşılıqları... - Avraham

Braziliya prezidenti COP29-da iştirak edəcək

Erməni mafiyası COP29-a qarşı - Video

Britaniyadan şok: Zəngəzur tabe edilir, Bakı NATO-ya üzv olur...

Azərbaycanın MDB məkanında nüfuzu artır - Deputat

İrəvanı qorxuda: Türkiyə Ermənistana qoşun yeridəcək...

Prokurorun Əhmədlə bağlı açıqlamasında sensasion detal

Corciya Meloni Azərbaycana gələcək

Əhməd niyə ömürlük həbsə deyil, müalicəyə göndərildi?

“Nar” sərfəli smartfon modellərini təqdim edir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla