Yuxarı

Şiff Bakının ABŞ-a etdiyi yaxşılıqları... - Avraham

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Əfqanıstanda Talibana qarşı vuruşanda da, oradan geri çəkiləndə də həmişə Azərbaycanın dəstəyini, köməyini görüb. Adətən ABŞ bu cür yaxşılıqlara görə müttəfiqlərinə öz minnətdarlığını bildirir. Üstəlik həmin müttəfiq Ukraynada müharibə getdiyi bir vaxtda Avropanın enerji təhlükəsizliyinə yardım əli uzadır. Amma Kaliforniyadan Nümayəndələr palatasına seçilmiş Demokrat partiyalı Adam Şiff Azərbaycanın ABŞ və Avropa üçün etdiklərini qiymətləndirmir. Hətta ABŞ-ın müttəfiqlərinə ehtiram göstərmək kimi bir dəyərini heçə sayaraq seçki günü ermənilərin səslərini qazanmaq dərdi çəkir.

Axar.az xəbər verir ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında dərc olunmuş “ABŞ-ın əsl müttəfiqinin müdafiəsi üçün ayağa qalxmaq” sərlövhəli məqaləsində yazıb.

Bildirilib ki, bu yaxınlarda Nümayəndələr Palatasının üzvü Adam Şiff ABŞ-dakı Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim edib. Bununla da, erməni seçicilərin səslərinə Amerikanın milli maraqlarından daha artıq dəyər verdiyini nümayiş etdirib.

Məqalədə amerikalıları Adam Şiffi terrorizm və dini radikalizmlə mübarizədə ABŞ-ın müttəfiqi olan Azərbaycanı hədəf almasına görə qınamağa çağıran politoloq qeyd edib: “ABŞ yaxşı olardı ki, Kaliforniyada ermənilərin səsini qazanmaq üçün keçmişdə Amerikaya dəstək verən müttəfiqlərini özündən uzaqlaşdırmasın. Axı, Amerikanın milli maraqları istənilən lobbidən əvvəl olmalıdır”.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.

Tarix
2024.10.11 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir hərbi komissar saxlanıldı

Prezidentin sərəncamı: Yerüstü suların istismarı...

Azərbaycanla İspaniya arasında məsləhətləşmələr oldu

Bu deputatlara yeni vəzifələr verildi

Oqtay Şirəliyev cərimə edildi - Səbəb

Ordumuz şərti düşmən hədəflərini məhv etdi - Video

İlham Əliyev bu ölkənin liderinə məktub ünvanladı

Braziliya prezidenti COP29-da iştirak edəcək

Erməni mafiyası COP29-a qarşı - Video

Britaniyadan şok: Zəngəzur tabe edilir, Bakı NATO-ya üzv olur...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla