Yuxarı

Dünyanın ən yaxşıları: Siyahıda Azərbaycan da var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Neft və qaz sahəsində mühəndislik ixtisasları” üzrə dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil olunub.

Axar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən siyahını dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” bu gün dərc edib. İştirakçı universitetlərin yenilənmiş fənn reytinqi siyahısında ADNSU 101-150 aralığında yer alır.

Beləliklə, “QS 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət üzrə 3 ali təhsil müəssisəsi ilə təmsil olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən başqa, bu reytinqlərə Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də daxildir.

Qeyd edilib ki, QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərini hazırlayarkən 5 əsas göstəricidən istifadə edir: akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir nəşrə görə sitatların sayı, “Hirsch” indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu reytinqlər 95 ölkə və ərazidə 1500 universitetdə təhsil alan tələbələr üçün 16400-dən çox təhsil proqramını müqayisə edən müstəqil analizi təqdim edir. Reytinq 55 fənn və 5 geniş fənn kateqoriyası üzrə ölçülüb.

Tarix
2024.10.11 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir hərbi komissar həbs olundu - Rəsmi

AQTA Fransadan bu məhsulların idxalını məhdudlaşdırdı

Prezidentin sərəncamı: Yerüstü suların istismarı...

Azərbaycanla İspaniya arasında məsləhətləşmələr oldu

Bu deputatlara yeni vəzifələr verildi

Oqtay Şirəliyev cərimə edildi - Səbəb

Ordumuz şərti düşmən hədəflərini məhv etdi - Video

İlham Əliyev bu ölkənin liderinə məktub ünvanladı

Şiff Bakının ABŞ-a etdiyi yaxşılıqları... - Avraham

Braziliya prezidenti COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla