Yuxarı

Restoranda gecə “diskotekası” – DİN nəzarətə götürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Restoranda gecə “diskotekası” – DİN nəzarətə götürdü

Son günlər sosial şəbəkələrdə “Fashion Street” restoranında normadan artıq səs-küy salınması ilə bağlı vətəndaşlar tərəfindən xeyli şikayətlərin olduğu xəbərləri yayılır.

Sakinlərin Axar.az-a verdiyi məlumata görə, bu ictimai iaşə obyekti bəzən gecə saat 00:00-dan sonra belə yüksək səslə musiqi səsləndirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrafilli saytımıza açıqlamasında deyib ki, həmin ərazidə mövcud olan məişət səs-küyü ilə bağlı neqativ halın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib:

"İcarədar bir daha belə hala yol verəcəyi təqdirdə barəsində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi diqqətinə çatdırılıb".

O bildirib ki, məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri polis əməkdaşları tərəfindən davamlı olaraq həyata keçirilir:

“Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər 7-dək məişət səs-küyünə qarşı mübarizə tələblərini müxtəlif üsullarla pozan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur. Bildirim ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi (Məişət səs-küyünün yolverilməzliyi) ilə tənzimlənir”.

Qeyd edək ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozan fiziki şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbirləri görülür. Bu halda şəxslər 30 manatdan 100 manatadək məbləğdə cərimə olunur (müvafiq hallarda daha çox da ola bilər).

Tarix
2025.05.07 / 08:30
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Bunu yaxşı bilən ölkələrdən biri Azərbaycandır - Şakarişvili

Rusiya MN rəhbəri Azərbaycana gələcək

Rusiya buna görə Əliyevə minnətdardır - Putin

Tokayev bu il Azərbaycana gələcək

Bayramov Arakçı ilə danışdı

Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla