Yuxarı

"Qarabağ"a qarşı gözəl oyun olmuşdu - Özil

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səmimi qarşılanmaya görə Azərbaycan xalqına təşəkkür edirəm.

Axar.az xəbər verir ki, Azərbaycana səfəri çərçivəsində “Qarabağ”ın qonağı olan Almaniya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Məsud Özil deyib.

"İstanbul şəhərində mənim adıma futbol akademiyası açılacaq. Həmin məktəbdə azərbaycanlı oyunçuların da olmasını istəyirəm. Əsas məqsədim Azərbaycan və Türkiyədə olan uşaqlara futbolun sirlərini öyrətməkdir. İnanıram ki, bunu bacaracağıq", - Özil bildirib.

M.Özil 2018-ci ildə Avropa Liqasının qrup mərhələsində İngiltərənin "Arsenal" komandasının heyətində "Qarabağ"a qarşı keçirdiyi matçı da xatırlayıb: "Çox gözəl oyun olmuşdu. Hələ də həmin görüşü xatırlayıram".

Qeyd edək ki, Məsud Özil karyerası ərzində "Real Madrid"lə yanaşı, İngiltərənin "Arsenal" və Türkiyənin "Fənərbağça" kimi tanınmış komandalarının da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

Tarix
2024.10.11 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir hərbi komissar saxlanıldı

Prezidentin sərəncamı: Yerüstü suların istismarı...

Azərbaycanla İspaniya arasında məsləhətləşmələr oldu

Bu deputatlara yeni vəzifələr verildi

Oqtay Şirəliyev cərimə edildi - Səbəb

Ordumuz şərti düşmən hədəflərini məhv etdi - Video

İlham Əliyev bu ölkənin liderinə məktub ünvanladı

Şiff Bakının ABŞ-a etdiyi yaxşılıqları... - Avraham

Braziliya prezidenti COP29-da iştirak edəcək

Erməni mafiyası COP29-a qarşı - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla