Yuxarı

Bakıda mövcud avtobus zolağının uzunluğu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobus zolaqları ictimai nəqliyyat xidmətlərinin yaxşılaşdırılması üçün ən sadə, lakin ən vacib elementlərdən biridir. Bu gün paytaxtın 29 küçə və prospektində 85 kilometr xüsusi hərəkət zolağı mövcuddur.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov bildirib.

Onun sözlərinə görə, müxtəlif ərazilərdə təşkil edilən bu zolaqlarla gün ərzində 68 minə yaxın avtobus hərəkət edir.

“Bununla 900 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. Bu gün avtobuslarla 1,2 milyon sərnişinin daşınması həyata keçirilir”, - deyə T.Səfərov qeyd edib.

Qurum rəsmisi bildirib ki, hazırda Zabrat yolu kimi tanınan ərazidə zolaqların təşkili davam etdirilir. Əlavə edib ki, bu zolaqların təşkili avtobusların intervallara uyğun olaraq vaxtında çatmasını təmin etməklə yanaşı, onların istismar xərclərini azaltmağa da imkan verir.

Tarix
2024.10.11 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Şok: SEPAH generalı Hizbullahın rəhbəri təyin edildi

Daha bir hərbi komissar həbs olundu - Rəsmi

AQTA Fransadan bu məhsulların idxalını məhdudlaşdırdı

Prezidentin sərəncamı: Yerüstü suların istismarı...

Azərbaycanla İspaniya arasında məsləhətləşmələr oldu

Bu deputatlara yeni vəzifələr verildi

Oqtay Şirəliyev cərimə edildi - Səbəb

Ordumuz şərti düşmən hədəflərini məhv etdi - Video

İlham Əliyev bu ölkənin liderinə məktub ünvanladı

Şiff Bakının ABŞ-a etdiyi yaxşılıqları... - Avraham

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla