Yuxarı

Yeznə qayınatasını bıçaqladı - Balakəndə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeznə qayınatasını bıçaqladı - Balakəndə

Balakəndə yeznə qayınatasını bıçaqlayıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 18-i günorta saatlarında rayonun Qullar kənd sakini 1963-cü il təvəllüdlü Şamil Mahmud oğlu Novruzov sol kürək, sağ bel və sol bel nahiyələrinin deşilmiş və kəsilmiş bıçaq yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

Ş.Novruzovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, Qullar kənd ərazisində Şamil Novruzovla yeznəsi, Qullar kənd sakini 1984-cü il təvəllüdlü Akif Süleyman oğlu Umarov arasında ailə münaqişəsi zəminində mübahisə olub. Mübahisə zamanı Akif Umarov üzərində olan bıçaqla qayınatası Şamil Novruzova xəsarət yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, Akif Umarovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Tarix
2016.04.19 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla