Yuxarı

Milli Qəhrəmanımız İsraildə anıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Qəhrəmanımız İsraildə anıldı - Video

Bir neçə gün əvvəl, İsraildə keçirilmiş Azərbaycanın mövqeyinə dəstək nümayişinin başa çatmasından sonra "Odlar yurdu" İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova tamaşaçılara İsrail ilə Azərbaycanın tərəfdaşlığına, Azərbaycan və yəhudi xalqlarının dostluğuna həsr edilən musiqi klipi təqdim edib.

Axar.az xəbər verir ki, Səadət Şükürova klip və musiqi kompozisiyasının əsas qayəsinin Azərbaycan və yəhudi xalqları arasındakı münasibətlərin həqiqi qardaşlıq və tərəfdaşlığa bariz nümunə olmasını dünyaya göstərmək olduğunu deyib:

"Azərbaycan Prezidenti bu ili "Multikulturalizm ili" elan edib. Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir. Bununla əlaqədar olaraq, biz, əslən Azərbaycandan olan İsrail sakinləri, "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatımız və rəhbərlik etdiyim "Odlar yurdu" İsrail-Azərbaycan teatr truppası qərara aldıq ki, Azərbaycanı - dünyanın ən qonaqpərvər və tolerant ölkəsini dünyaya göstərək. Biz, İsrail vətəndaşları fəxr edirik ki, yəhudilər ta qədimdən Azərbaycan ərazisində yaşayıblar və özlərini burada heç vaxt yad hiss etməyiblər. Tarix boyu yəhudilər azərbaycanlıların yanında olub və bu iki qardaş xalq heç vaxt bir-birinə xəyanət etməyib. 1918-ci ildə erməni daşnakları ilə mübarizədə yəhudilər Qubada azərbaycanlıları dəstəkləyib və həlak olublar. Azərbaycan xalqı yəhudilərin ən çətin anında yəhudi xalqını müdafiə edib, onlara sığınacaq verib".

S.Şükürova qeyd edib ki, bununla Azərbaycan torpağında ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş yəhudi şəhidlərin uyuduğunu dünyaya göstərmək istəyirlər.

"Biz musiqili təqdimatımızda yəhudi və Azərbaycan xalqlarının dostluq və qardaşlığının həqiqi rəmzinə çevrilmiş Albert Aqarunovun qəhrəmanlığını göstərmişik. Biz, əslən Azərbaycandan olan yəhudilər fəxr edirik ki, erməni işğalçılarına qarşı müharibədə müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri qardaşımız Albert Aqarunov oldu. O, Azərbaycan və yəhudi xalqlarının igidlik rəmzinə çevrilib. Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində hərbi əməliyyatlar zamanı Albert Aqarunov tərəfindən düşmənin xeyli canlı qüvvəsi və zirehli texnikası məhv edilib. Tank komandiri təyin edilmiş Albert Aqarunov tank bölməsi komandirinin əmri ilə 1992-ci il mayın 8-də səhər tezdən Şuşa ətrafında son döyüşə atılıb. Albert İsrail və Azərbaycanın əsl qəhrəmanıdır".

S.Şükürovanın sözlərinə görə, İsrail-Azərbaycan dostluğuna, Azərbaycanın həmrəylik fenomeninə həsr edilmiş musiqili klip gənc bəstəkar və müğənni İlahə Qismət, şair Nəzmiyyə Hicran, müğənni Araz Həsənoğlunun böyük yaradıcı dəstəyi sayəsində ərsəyə gəlib. Onlar layihənin həyata keçirilməsində ürəkdən çalışıblar.

"Tezliklə biz bu klipin İsraildə və Azərbaycanda rəsmi təqdimatını təşkil edəcəyik. Ümidvaram ki, bizim klip strateji münasibətləri olan İsrail və Azərbaycan arasında daha bir möhkəm dostluq körpüsü olacaq. Ən başlıcası odur ki, bu münasibətlər arasında çox mühüm faktor - insani əlaqələr var, çünki Azərbaycanda 20 mindən çox yəhudi, İsraildə əslən Azərbaycandan olan 70 mindən çox sakin var. Biz İsrail ilə Azərbaycanın dostluğundan qürur duyuruq və bu dostluğun inkişafı və möhkəmlənməsi, əbədi olması üçün əlimizdən gələni edəcəyik".

Tarix
2016.04.20 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

Hesablama Palatasının iclası keçirildi - Yeni qərarlar

Peşə-əmək Reabilitasiyası Mərkəzinə neçə nəfər qəbul edilib?

Diqqət: ADY yay qrafikinə keçir...

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla