Yuxarı

FHN hava limanlarında təlim keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti razılaşdırılmış plan-qrafik əsasında ölkə ərazisində fəaliyyət göstərən bəzi hava limanlarında birgə təlimlər keçirib.

Axar.az xəbər verir ki, Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə, Qəbələ, Füzuli və Naxçıvan hava limanlarında keçirilmiş təlimlərdə məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanları ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsinin təşkili olunub.

Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimlərə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı, Gəncə, Şimal-qərb, Qarabağ Regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri, eyni zamanda AZAL-ın müvafiq struktur bölmələri cəlb olunub.

Təlimlər zamanı ssenariyə uyğun simulyasiyalar üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.

Tarix
2024.10.30 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Hansı şərtdən danışılır? Mirzoyan gəlirsə, gəlsin, gəlmirsə...

İsrail nəşrindən çağırış: Baxın Azərbaycana…

Bezosun VP-dəki məqaləsinə Hacıyevdən reaksiya

Paşinyan razılaşdı: Mirzoyan Bakıya gəlib bunları istəyəcək

İsrail Azərbaycanın taktikasından istifadə etdi - Ovannisyan

Niyə yağış yağan kimi Bakını su basır? - Ekspert

Mask Xameneinin azərbaycanca səhifəsini sildi, sonra…

Rusiya 40 erməni iş adamına qadağa qoydu

Əmirbəyov Tim Barrou ilə COP29-u müzakirə etdi

Gürcüstanda “çətin” vəziyyət: AB bu gün toplanır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla