Yuxarı

"Tərtər işi": bu hərbçilərlə bağlı qərar verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tərtər işi" üzrə 2017-ci ildə həbs edilən üç hərbi qulluqçu Elşən Qasımov, Lətif Lətifov və Zamiq Əlimanov Ali Məhkəməyə müraciət edib.

Axar.az xəbər verir ki, hər üç hərbi qulluqçu barələrindəki hökmdən şikayət vermə müddətlərinin bərpa olunmasını istəyib.

Ali Məhkəmədə keçirilən prosesdə qərar olunub. Qərara əsasən, Elşən Qasımov və Lətif Lətifovun şikayəti təmin olunmayıb.

Zamiq Əlimanovun kassiya şikayəti vermə müddəti başa çatdığından onun şikayətinə baxılmayıb və Şirvan Apellyasiya Məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, hər üç hərbi qulluqçunun barələrindəki hökmdən şikayət vermə müddətinin bərpa edilməsi ilə bağlı müraciətlərinə bir müddət əvvəl Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Onların müraciəti məhkəmə tərəfindən təmin edilməyib.

Qeyd edək ki, hər üç hərbi qulluqçu 2017-ci il "Tərtər işi" üzrə tutulub. Müddətdən artıq hərbi qulluqçu olan Elşən Qasımov ömürlük, gizir Lətif Lətifov 20 il, leytenant Zamiq Əlimanov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2024.11.01 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Radikallardan Pezeşkiana “xəbərdarlıq”: Bakıya getmə!

Trampdan şok iddia: Putinin bu planını məhv etdim

Ukrayna cəbhəsi dağıldı: Rusiya ordusu sürətlə irəliləyir

Ermənistan sərhəddə "səlibçi" bayraqları endirdi - Video

İspaniyadan hökumət başçısı səviyyəsində Bakıya ilk səfər...

Həsən Şeyx Mahmud Azərbaycana gəlir

Milyonlarla tonluq neftimizi 34 ildir daşıyan kimdir?

Azərbaycanda bu seçki təxirə salındı

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla