Yuxarı

DSX rəisi tapşırıq verib, tam hazırıq - General

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətində (DSX) COP29-a hazırlıq işləri yekunlaşıb.

Axar.az xəbər verir ki, bunu Report-a DSX-nin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev deyib.

O bildirib ki, Dövlət Sərhəd Xidmətində COP29 ilə bağlı texniki, təchizat məsələləri artıq yekunlaşıb:

"Qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırıq. Bununla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də öz tapşırıqlarını verib".

E.Verdiyev əlavə edib ki, DSX-nin Sərhəd Nəzarətinin buraxılış məntəqələrindən daxil olan vətəndaşların, nəqliyyat vasitələrinin etibarlı sərhəd nəzarəti təmin edilir.

Onun sözlərinə görə, komandanlığın əsas vəzifələrindən biri də ölkəyə qanunsuz şəkildə gətirilən avadanlıqların, silahların, narkotik vasitələrin qarşısının alınmasıdır.

Tarix
2024.11.01 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Radikallardan Pezeşkiana “xəbərdarlıq”: Bakıya getmə!

Trampdan şok iddia: Putinin bu planını məhv etdim

Ukrayna cəbhəsi dağıldı: Rusiya ordusu sürətlə irəliləyir

Ermənistan sərhəddə "səlibçi" bayraqları endirdi - Video

İspaniyadan hökumət başçısı səviyyəsində Bakıya ilk səfər...

Həsən Şeyx Mahmud Azərbaycana gəlir

Milyonlarla tonluq neftimizi 34 ildir daşıyan kimdir?

Azərbaycanda bu seçki təxirə salındı

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla