Yuxarı

Azərin Türkiyədə yaralı hərbçilərə konsert verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərin Türkiyədə yaralı hərbçilərə konsert verdi

Müğənni Azərin yaralı türk əsgərləri üçün konsert verib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsert Türkiyə Silahlı Qüvvələrinin Reabilitasiya Mərkəzinin açılışının 16-cı və Türk Silahlı Qüvvələri ilə Əl-ələ dərnəyinin yaradılmasının 20-ci il dönümü münasibətilə keçirilən tədbirdə baş tutub.

Konsertə Məhmət Akif Ərsoyun "Ordunun duası" şeiri ilə başlayan Azərini tamaşaçılar alqışlarla müşayiət edib. Daha sonra da müğənni "Çırpınırdı Qara dəniz" və "Ölürüm Türkiyəm" mahnılarını konsert iştirakçıları ilə birlikdə ifa edib.

Azərbaycanlı müğənni yaralı əsgərlərin və eləcə də, bu mərkəzdə müalicə alan mülki vətəndaşların əl işlərindən ibarət sərgini gəzib.

Sərgidən əldə olunacaq gəlir reabilitasiya mərkəzinə yardım kimi ayrılacaq.

Tarix
2016.04.22 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla