Yuxarı

Xəzərdə 3 həftədə 1034 suiti öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə 3 həftədə 1034 suiti öldü

2024-cü il oktyabrın 24-dən noyabrın 13-dək Xəzər dənizinin Mangistau vilayəti sahillərində 1034 ölü suiti aşkar edilib.

Axar.az Azərtac-a istinadən verir ki, Qazaxısanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinin mütəxəssisləri bunun səbəbinin təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində atmosferə buraxılan qaz emissiyaları ola biləcəyini ehtimal edirlər.

Suitilərin ölüm səbəbləri ilə bağlı yekun nəticələr, elmi təşkilatların fikrincə, 3-4 ay çəkəcək laboratoriya tədqiqatları başa çatdıqdan sonra əldə olunacaq.

Bundan əvvəl bildirilib ki, sahilyanı monitorinqlər zamanı yüzlərlə ölü heyvan aşkar edilib.

Xəzər dənizində suitilərin kütləvi tələfi 2000-ci illərin əvvəllərindən qeydə alınıb. 2000-ci ildə 10 minə yaxın ölü suiti aşkar edilib, onların ölümünün səbəbi xroniki toksikoz olduğu müəyyən edilib.

Xəzər suitisi endemikdir və Xəzər dənizinin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qidası balıqdır. Mövsümi miqrasiya ilə xarakterizə olunur: qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə isə Xəzər dənizininin mərkəzi və cənubuna miqrasiya edir.

Tarix
2024.11.15 / 00:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla