Yuxarı

Azərbaycandan turist axını 18% artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan turist axını 18% artdı

Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% artaraq 1 milyon 816,4 min nəfər olub.

Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 41,8%-i Türkiyəyə, 20,7%-i Rusiyaya, 8,7%-i Gürcüstana, 8,6%-i İrana, 20,2%-i digər ölkələrə səfər edib.

Gedənlərin 64,1%-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib.

2023-cü ilin eyni dövrünə nisbətən İrana gedənlərin sayı 35,6%, Rusiyaya gedənlərin sayı 14,1%, Gürcüstana gedənlərin sayı 13,4%, Türkiyəyə gedənlərin sayı 10,8% artıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6%-i hava, 28,3%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.

Tarix
2024.11.19 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla