Yuxarı

Ağadadaş Ağayevə ittiham elan edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağadadaş Ağayevə ittiham elan edildi - Video

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artistinə ittiham aktı elan edilib.

Ağadadaş Ağayev ittihama görə özünü təqsirli bilməyib. Təqsirləndirilən Xalq artistinə sərbəst ifadə üçün söz verilsə də, buna hazır olmadığı üçün məhkəmədən vaxt istəyib. Onun vəkili də müvəkkilinin ifadəsinə hazırlaşmağı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin olub.

Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər. Onu da bildirək ki, zərərçəkən kimi hospitalın əməkdaşı Nəzakət Paşayeva tanınıb.

Tarix
2024.11.28 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla