Yuxarı

Nazirlik BMT ilə müqavilə imzaladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn növbəti "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı" layihəsi imzalanıb.

Axar.az xəbər verir ki, nazir Səlim Müslümov layihənin Azərbaycanda işsizlik səviyyəsinin azaldılması və texnologiyaya əsaslanan kiçik və orta sahibkarlığın inkişafında önəmli rol oynayacağını bildirib.

"2017-ci ilin sonuna qədər davam edəcək bu layihə çərçivəsində Gəncə və Masallıda SYSLAB metodologiyası üzrə təlim kursları təşkil olunacaq. Həmin şəhər və rayon üzrə məşğulluq mərkəzlərində qeydiyyata alınmış işsiz şəxslər bu kurslara cəlb ediləcək və hər bir təlim kursu zamanı iştirakçıların xüsusi ehtiyacları üzrə onlara əmək bazarına çıxış imkanlarına malik olmaları üçün müvafiq köməyin göstərilməsi üçün fərdi sessiyalar da keçiriləcək", - S.Müslümov deyib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla BMT İnkişaf Proqramı arasında əməkdaşlığın əhəmiyyətli iş sahələrində davam etdirilməsinin təqdirəlayiq olduğunu, imzalanan layihənin gənclərin əmək bazarına daxil olmaları, karyera imkanları qazanmaları üçün yeni imkanlar açacağını vurğulayıb.

Tarix
2016.04.28 / 15:58
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

UNESKO bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla