Yuxarı

ADU-da beynəlxalq forum başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Rus Dünyası Fondu, Bakı Rus Evi, Voronej Dövlət Universiteti və ADU-nun birgə təşkilatçılığı ilə “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib.

Axar.az xəbər verir ki, forumun təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, forumu mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi qiymətləndirib.

“Azərbaycan və Rusiya arasında əlaqələr tarixən dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu gün universitetimizdə keçirilən forum hər iki xalqın mədəniyyətinin zənginliyini nümayiş etdirmək və onları bir-birinə daha da yaxınlaşdırmaq üçün mühüm addımdır. Təhsil, elm və mədəniyyət sahələri xalqlarımızı bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən olmuşdur. Azərbaycan daim mədəniyyətlərarası dialoqda fəal rol oynamış, müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan kimi çıxış etmişdir. Azərbaycanda multikultural, demokratik və humanitar siyasət özünü yüksək səviyyədə göstərir”, - deyən akademik Kamal Abdulla Azərbaycanın mədəni irsinin və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb, tədbir iştirakçılarına səmərəli müzakirələr arzulayıb.

Forumda çıxış edən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov müasir dövrdə mədəniyyətlərarası dialoqun vacibliyi haqqında fikirlərini bölüşüb. Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin uzun illərə söykəndiyini vurğulayan səfir bildirib ki, bu münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəniyyət, təhsil və humanitar sahələrdə dərin köklərə malikdir.
Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, millət vəkili Polad Bülbüloğlu forumun mədəniyyətlərarası dialoqun dərinləşməsinə, xalqlar arasında yeni dostluq körpülərinin qurulmasına töhfə verəcəyini bildirib.
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov forumun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dəyişən dünyada fərqli mədəniyyətlərin bir-birini anlaması və qarşılıqlı dialoq qurması yalnız xalqlar arasında sülhün qorunması üçün deyil, həm də elmi və mədəni tərəqqi üçün mühüm əhəmiyyət kəsb edir.

Voronej Dövlət Universitetinin prorektoru Yuri Bubnov Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının inkişafı, təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksey Qromıko və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Mark Entin müasir dövrdə mədəniyyətlərarası dialoqun elmi aspektlərini müzakirə edərək müxtəlif xalqların birgə yaşam mədəniyyətinin gücləndirilməsinin qlobal əhəmiyyətindən söz açıblar. Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafında mədəniyyətin vacib rolunu vurğulayan natiqlər bu əməkdaşlığın davamlı şəkildə genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Beynəlxalq forum işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum dekabrın 5-nə kimi öz işini davam etdirəcək.

Tarix
2024.12.02 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə dizel istehsalı beş dəfə artdı

Azərbaycanda xidmət rəisinin müavini işdən çıxarıldı

Əliyev də, mən də bundan narahatıq - Putin

Bu vəzifəli şəxslər həbs olundu - Rəsmi

Ceyhun Bayramov gürcü həmkarına zəng etdi

Bakı ilə Tiflis arasında məsləhətləşmə: protokol imzalandı

Azərbaycanla bu ölkə arasında məsləhətləşmələr aparıldı

Əsəd İran və Rusiyanı şantaj edir

Bələdiyyə seçkilərinə heç bir müşahidəçi dəvət edilməyəcək

Bələdiyyə üzvlərinin sayı məlum oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla