Yuxarı

Rüfət Səfərovun həbsinə səbəb olan hadisə - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüfət Səfərovun həbsinə səbəb olan hadisə - Təfərrüat

Torpaq alqı-satqısına dair Rüfət Səfərovla bir nəfər arasında yaranan münaqişənin təfərrüatı məlum olub.

Axar.az APA-ya istinadla xəbər verir ki, Rüfət Səfərovun atası Eldar Səfərovun mülkiyyətində olan və Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən 11,3 sot torpaq sahəsinin bir hissəsi 2024-cü ilin mart ayında notarial qaydada N.İmanquliyevə 58800 manata satılıb.

Bir müddət sonra torpaq sahəsinin qalan hissəsinin rəsmiləşdirilməsi ilə bağlı tərəflər arasında anlaşılmazlıq yaranıb. Vətəndaşın iddiasına görə, Rüfət Səfərov pul vəsaitinin bölünməsinin ailədaxili narazılığa səbəb olduğunu, atası E.Səfərovu qalan torpaq sahəsini satmağa razı saldığını N.İmamquliyevə deyib.

Bir neçə gün sonra notarial qaydada alqı-satqını rəsmiləşdirəcəklərinə dair vəd verib 60.000 manat məbləğində pul vəsaitini ələ keçirib.

Dekabrın 3-də Binəqədi rayonunda R.Səfərovla yaşadığı binanın avtodayanacağında görüşən N.İmanquliyev 60.000 manat pulunu geri qaytarmasını ondan tələb etdikdə münaqişə yaratmaqla ona xəsarət yetirib.

Zərərçəkmiş N.İmamquliyevin müraciəti əsasında faktla bağlı Polis İdarəsində başlanan cinayət işi üzrə R.Səfərov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Tarix
2024.12.05 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Bu qərar ölkəmizin daxili məsələsidir – Partiyadan bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla