Yuxarı

Rusiyalı alimdən Azərbaycanda dəhşətli zəlzələ proqnozu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı alimdən Azərbaycanda dəhşətli zəlzələ proqnozu

Rusiyanın Dövlət Hidrometerologiya Universitetinin alimi Viktor Bokov Qafqazda zəlzələ olacağı ilə bağlı həyəcanlı məlumat verib. V. Bokovun proqnozlarına görə, yaxın vaxtlarda Azərbaycanda zəlzələ yenidən təkrar olunacaq. Güclü təkanlar qeydə alınacaq.

Rusiyalı alimin proqnozlarının nə qədər real olduğuna aydınlıq gətirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxladıq. Q. Yetirmişli V. Bokovun proqnozlarına cavab vermək fikrində olmadığını söyləyib. V. Bokov bildirib ki, hidrometiroloqun zəlzələ olacağına dair proqnoz verməsi gülüncdür: "Həmin alim gedib hava haqqında proqnoz verisin. Onların Azərbaycanda zəlzələyə dair açıqlamaları ölkəmizə qarşı təxribat xarakteri daşıyır. Bokov hardan bilir ki, Azərbaycanda güclü zəlzələ olacaq? Bəlkə də o, Azərbaycanda bir dəfə belə olmayıb.Getsin havaya dair proqnozlar versin".

V. Bokovun Qafqazda zəlzələyə dair proqnozlarının əhali arasında narahatçılıq yaratması məsələsinə gəlincə, alimin proqnozlarına inanmamağı məsləhət gördü: "Əhali hər yoldan keçənin sözünə inanmasın".(Mövqe.az)

Tarix
2014.02.17 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla