Yuxarı

Kərim Vəliyev türkiyəli generalla görüşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərim Vəliyev türkiyəli generalla görüşdü - Video

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Türkiyə arasında mövcud uğurlu hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən Baş Qərargah rəisi bu müttəfiqliyin hər iki ölkənin ordu quruculuğuna verdiyi töhfələrdən danışıb və daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-leytenant T.Altuğ ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu göstərən birgə təlimlərin əhəmiyyətinə diqqət çəkib.

Görüşdə həmçinin regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra qardaş ölkənin nümayəndə heyəti müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb. Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi istiqamətində görülən işlərin müsbət nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti sonda Mərkəzi Komanda Məntəqəsinə gələrək burada yaradılan şəraitlə tanış olub.

Tarix
2024.12.17 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla