Yuxarı

Kəşfiyyatçımız: “Yaşamağa dəyərmiş” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant, Qazax güləş məktəbinin yetirməsi Müsavi Kamilə yeni protez ayaq qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Kamil Müsavi özü Femida.az-a məlumat verib.

Baş leytenant zədəli olan gözünün bərpası üçün mayın 8-də Türkiyəyə gedəcəyini deyib:

"Müdafiə Nazirliyinin maddi və mənəvi dəstəyi ilə yeni protez ayaq qoyulub. Dövlətimizdən və vətəndaşlardan çox razıyam. Bir an belə məni diqqətdən kənarda qoymadılar. Bildiyiniz kimi mən həmin vaxt sol gözümü və ayağımı itirmişdim. Digər ayağım və qolum isə ciddi zədələnmişdi. Dövlətin maddi dəstəyi ilə mənə protez ayaq qoyuldu. Güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov və qazaxlı xeyriyyəçi Arzuman Abdulkərimov gözümün bərpası üçün Türkiyədə müayinə keçməyimə kömək edirlər.

Müayinələrin nəticəsi müsbətdir. İnşallah, mayın 8-də gözümün bərpası üçün Türkiyəyə gedəcəyəm. Orada həmçinin protez ayağım da dəyişdiriləcək. Yeni qoyulacaq ayaqda hissiyyat olacaq. Həyata inamım böyükdür. Sevinirəm ki, xeyirxah insanlar və dostlarım var. Mətbuat vasitəsi ilə bir daha mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. İndi bildim ki, yaşamağa dəyərmiş".

Tarix
2016.05.04 / 17:46
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla