Yuxarı

Üç yaralı Bakıya gətirilməyəcək - Nazir müavini

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç yaralı Bakıya gətirilməyəcək - Nazir müavini

Səhiyyə nazirinin müavini İlqar Qasımov vəziyyəti ağır olan üç nəfərin hazırda Aktaudan Bakıya gətirilməsinin məqsədəuyğun olmadığını deyib.

Axar.az xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında qeyd edib ki, həmin şəxslər Aktau şəhərində xəstəxanada süni tənəffüs aparatına qoşulublar.

“Onların stabilləşməsi üçün müalicə davam edir. Vəziyyətləri sabitləşdikdən sonra onlar da Azərbaycana gətiriləcək,” – deyə nazir müavini əlavə edib.

İ.Qasımov bildirib ki, yaralılardan bəzilərində kəllə-beyin travmaları və yüksək hündürlükdən yıxılma nəticəsində ağır zədələr müşahidə olunub.

Onun sözlərinə görə, bütün yaralılar tam müayinə olunacaq, stabillik müəyyən edildikdən sonra ambulator müalicə nəzərdə tutulur.

İlqar Qasımov deyib ki, müştərək travmaların müalicəsi üçün müxtəlif ixtisaslardan olan mütəxəssislərin birgə iştirakı zəruridir. Lazım olduqda, universitet klinikalarından da əlavə dəstək alınacaq:

"Qəzadan xəsarət alanların müalicəsi ilə bağlı bütün lazımi tədbirlər görülür. Vətəndaşlarımızı mütəmadi olaraq məlumatlandıracağıq. Xahiş edirəm, bu çətin vaxtda səbirli olun”.

Tarix
2024.12.26 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla