Ana səhifə Toplum |
Rusiya Malayzia Hava Yollarına məxsus “Boinq” təyyarəsini “Buk” sistemi ilə vurmuşdu. Videodan da gördüyünüz kimi, “Buk” raketi təyyarəyə yaxınlaşıb kokpitin sol tərəfində partlayır. 800-ə qədər dəmir qəlpə təyyarənin göyərtəsini dəlir, əmələ gələn təzyiq və deformasiya kokpitin və biznes-klass sessiyasının qırılıb təyyarədən qopmasına səbəb olur.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktauda qəzaya uğraması haqda qeyd edib.
“Bizim bəxtimiz onda gətirib ki, təyyarəmizə qarşı “Pantsir S1” raketlərindən istifadə olunub.
Raket (və ya raketlər, çünki hədəfə adətən iki raket atılır) havada partlayıb və qəlpələr təyyarəmizi zədələyib. Nəticədə idarəetmə sistemləri, yüksəkliyi ölçəcək sistemlər, quyruq hissədəki sistemlər və şassinin bir hissəsi sıradan çıxıb.
İşin ən pis tərəfi odur ki, bundan sonra təyyarəmizə eniş izni verməyiblər.
Raket zədəsi almış təyyarə saatlarla uçmağa məcbur edilib.
Yüksəklik sistemləri sıradan çıxdığından Aktau yaxınlığında təyyarə hər dəqiqə +8300-8300 arasında ziq-zaq şəkilində aşağı-yuxarı hərəkət edib. Təsəvvür edin, 150-200 dəfə 8300 fit aşağı-yuxarı hərəkət edib.
Bizim qəhrəman pilotlarımız, yüksəklik sistemləri işləməyən, quyruğu və idarəetmə paneli zədə almış, şassisində problem olan və hər dəqiqə 8300 fit ziq-zaq, aşağı-yuxarı hərəkət edən təyyarəni endiriblər.
Öz həyatlarını itirəcəklərini bilə-bilə mümkün qədər çox adam xilas etməyə nail olublar. Yəni, mümkün olanın ən yaxşısını”, - politoloq vurğulayıb.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Göyərtədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” raketinin hədəfi olub, eyni zamanda radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Qroznı, Mahaçqala və Minvod areroportları enişə icazə vermədiklərindən, təyyarə Aktau hava limanına üz tutub.
Tarix
2024.12.26 / 21:28
|
Müəllif
Axar.az
|