Yuxarı

Anasının cüməsində içdi, qonşusunu bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qalib Qədirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Axar.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Qədirova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, hadisə 24 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Quba şəhəri, Arif Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, Qalib Qədirov yaşadığı evin qarşısında uzun müddətdir ədavəti olan qonşusu, zərərçəkmiş Rəvan Həsənovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onu nalayiq ifadələrlə təhqir etməsi olub. Bu zaman təqsirləndirilən şəxs yaşadığı evdən ov bıçağını götürərək yenidən küçəyə çıxıb və Rəvanın qarnına zərbə endirib.

Hadisədən sonra saxlanılan Qalib Qədirov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmədə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, hadisədən əvvəl anası rəhmətə gedib. Anasının birinci cüməaxşamında fikrini dağıtmaq üçün içki içib. Qonşusu olan Rəvan ona niyə içdiyini soruşub. O da "sənə nə var, niyə içirəm?" deyib. Bundan sonra davaları düşüb və nəticədə onu bıçaqlayıb.

Tarix
2025.01.07 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ermənilər də cinayət məsuliyyətinə cəlb edilməlidir

Ukrayna ordusu Moskvanı buna görə vura bildi - Arkov

Veldkamp da Azərbaycan sərhədinə gəldi - Foto

İndi həmin o böyük qardaş Brüsseldir - Prezident

Biz Cənubi Qafqazda sülh qurmalıyıq - Prezident

Gecə-gündüz casus kimi sərhədlərimizdə dayanırlar...

Biz bunu ən azı 20 ildir edirik... - Prezident

Afina Ermənistan üçün sərhədimizdə, görün, nə tikib...

Prezident: Biz işğal illərini yaddan çıxarmayacağıq

COP29 bəzi Qərb mediasında kampaniyalarla müşayiət olundu

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla