ABŞ-ı bürüyən dəşətli yanğın kosmosdan belə görünür - Foto
13:11
Ana səhifə Toplum |
Zərdabda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri yeni mənzillər alacaq.
Axar.az Trend-ə istinadən xəbər verir ki, sözügedən rayonda 18 ədəd ikiotaqlı, 12 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.
Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.
Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 2,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, qurum daha öncə Neftçala, Saatlı və Salyanda da əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq işlərə başlayıb.
Tarix
2025.01.11 / 10:07
|
Müəllif
Axar.az
|