Yuxarı

Başına 50 milyon qoyulmuş Zəkərya Əliyev kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başına 50 milyon qoyulmuş Zəkərya Əliyev kimdir?

12:18

Rusiya Silahlı Qüvvələrinin 28 yaşlı “Smaylik” ləqəbli kəşfiyyatçı-istehkamçısı Zəkərya Əliyev Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində üç həftə ərzində hücumlarını təkbaşına dəf edib. Ukrayna tərəfi onun başına 50 milyon rubl mükafat təyin edib.

Axar.az xəbər verir ki, bu barədə döyüşçü Rusiya mediasına verdiyi açıqlamada bildirib.

O, döyüş zamanı düşmən mövqelərində tapdığı bir kisə soğandan başqa yeməyə heç nə olmadan müdafiə mövqeyində dayanmasından danışıb. Həmçinin kinostudiya ilə həyat hekayəsinin ekranlaşdırılması üçün müqavilə bağladığını da əlavə edib.

3 həftə müdafiə xəttini saxlayan döyüşçü bildirib ki, onu ələ keçirmək istəyiblər. Hətta Ukrayna Silahlı Qüvvələrinin dronları öz əsgərlərini də öldürüb.

Hazırda xəstəxanada müalicə alan hərbçi buradan çıxdıqdan sonra “xüsusi hərbi əməliyyat zonası”na qayıtmağı planlaşdırır.

Qeyd edək ki, Zəkərya Əliyev haqqında ilk geniş müzakirələr 2024-cü ilin noyabr ayında yayılan video-görüntü ilə başlamışdı. Videoda Əliyev düşmən dronlarının müşahidəsi altında boşqabla dayandığını, vəziyyəti zarafatla təsvir etdiyini göstərmişdi.

Tarix
2025.01.11 / 13:12
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla