Yuxarı

İnsanların 200 ilə qədər yaşamaq şansı var

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsanların 200 ilə qədər yaşamaq şansı var

Honkonq Şəhər Universitetinin təkamül bioloqu və professoru Petr Lidski insan ömrünü 200 ilə qədər uzatmağın mümkün olduğuna inanır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, əgər klassik nəzəriyyələrə əməl etsək, insanların fizioloji cavanlaşmasının mümkün olmadığını düşünməliyik.

“Amma arılar, meduza bunu edə bilirsə, onda onlar ümid verirlər. İnsanları tamamilə cavanlaşdırmağın mümkün olub-olmadığı hələ tam aydın deyil. Amma əminəm ki, ömür əhəmiyyətli dərəcədə uzadıla bilər", - deyə alim qeyd edib.

Onun sözlərinə görə, bədənimizin strukturları bu qədər uzunömürlülük üçün nəzərdə tutulmayıb, ona görə də əvvəllər görmədiyimiz problemlərlə qarşılaşa bilərik:

"Mövcud məlumatlara görə, xərçəng daha sonra ortaya çıxa bilər, çünki onun ehtimalı yalnız yaşlanma ilə deyil, zamanla artır. Amma inanıram ki, bütün bu tibbi problemlər gələcəkdə həll edilə bilər".

Tarix
2026.02.06 / 02:03
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla