Yuxarı

Mask rus ordusunu “söndürdü” - Solovyov isterikaya düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mask rus ordusunu “söndürdü” - Solovyov isterikaya düşdü

İlon Maskın Rusiya üçün “Starlink”ləri söndürməsi Rusiya ordusuna ən ağır zərbələrdən biri oldu. İlk növbədə Ukraynanın yeni müdafiə nazirin Mixail Fyodorovun və diplomatiyanın gücünü qeyd etmək lazımdır. Diplomatiya - hər kəslə öz dilində danışmaq, hər kəsin zəif nöqtələrini bilməkdir. Ukrayna diplomatiyası İlon Maskın zəif nöqtəsinə “vurdu”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov “Starlink”in rus ordusu üçün əlçatanlığının ləğv edilməsi haqda qeyd edib.

“Sanksiyalar səbəbindən Rusiya “Starlink” sistemlərinə rəsmi çıxış imkanına malik deyil və əgər onlardan istifadə edirsə, bu, qeyri-leqaldır, yəni Maskın məhsulunu faktiki olaraq oğurlayırlar. Əgər siz biznesmensinizsə, məhsulunuzun oğurlanmasına göz yummayacaqsınız, ideologiya, simpatiyalar və digər amillər bu məqamda ikinci plana keçir. Normal biznesmen öz məhsulunun oğurlanmasına və bunun bütün dünyanın gözü qarşısında baş verməsinə imkan verməz, bu, biznes üçün ciddi reputasiya zərbəsidir.

Ukrayna diplomatiyası bunu İlon Maska çatdırdı və bu istiqamətdə çox ciddi, uğurlu işlər gördü, nəticə etibarı ilə ruslar üçün “Starlink” sistemi söndürüldü.

“Starlink” peyk rabitəsinin Rusiya hərbi birləşmələri üçün söndürülməsi texniki problem deyil, qoşunların idarə olunmasına vurulan fundamental zərbə oldu. Faktiki olaraq cəbhə xəttindəki bölmələr stabil rabitə, kəşfiyyat və koordinasiyadan məhrum edilərək, “kor vəziyyət”ə salındı.

Müasir müharibə şəbəkələrin, məlumatın və qərarvermə sürətinin müharibəsidir. “Starlink” Rusiya üçün köməkçi alətə deyil, taktiki idarəetmənin əsasına çevrilmişdi: ön xətt bölmələrinin rabitəsi, PUA-ların idarə olunması, artilleriyanın korreksiyası məhz onun üzərində qurulmuşdu. “Starlink” Rusiya ordusunun öz hərbi rabitəsindəki deqradasiyanın üstünü örtürdü.

Rabitənin itirilməsi PUA-ların idarə edilməsində ciddi problemlərə, artilleriyanın kor-koranə işləməsinə, bölmələr arasında xaosa və itkilərin artmasına gətirib çıxaracaq. Hazırda Rusiyanın ön xətdəki qoşunların böyük əksəriyyəti faktiki “donub” və orduda struktur şoku yaşanır.

Solovyov başda olmaqla, təbliğatçılar isterikaya düşüblər, Trampı İlon Maska zəng etməyə, nüvə silahı ilə kosmosda peyklərə və “Starlink”lərin istehsal zavodlarına zərbələr endirməyə çağırırlar. İsterika pik həddədir”, - o bildirib.

Xatırladaq ki, “Starlink”lərin rus ordusu üçün söndürülməsi nəticəsində rusların hücumunun da dayandığı vurğulanır.

Tarix
2026.02.06 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla