Yuxarı

Asteroid Ayla toqquşa bilər: Yerdən görünəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Asteroid Ayla toqquşa bilər: Yerdən görünəcək

Ötən il diametri təxminən 60 metr olan bir asteroidin 2032-ci ildə Yerə çırpılma ehtimalı ilə bağlı xəbərlər qlobal miqyasda narahatlıq yaratmışdı. Lakin aparılan detallı hesablamalardan sonra 2024 YR4 adlandırılan bu göy cisminin planetimiz üçün təhlükə yaratmadığı dəqiqləşmişdi. Bu açıqlama "Don’t Look Up” tipli bir ssenarinin yaşanmayacağına dair ümumi bir rahatlıq da doğurmuşdu.

Axar.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, astronomlar bildirir ki, Yer üçün risk aradan qalxsa da, asteroidin 2032-ci ildə Aya çırpılma ehtimalı tamamilə sıfırlanmayıb. Son hesablamalara əsasən, bu ehtimal təxminən 4 faiz səviyyəsindədir. Alimlər indi isə belə bir toqquşmanın Yerdən necə görünə biləcəyini daha aydın şəkildə təsvir edirlər.

Hələ elmi rəy qiymətləndirməsindən keçməyən və arXiv.org ön çap platformasında dərc olunan yeni araşdırmada qeyd olunur ki, asteroid Aya çırpılsa, Yerdən müşahidə edilə bilən güclü bir "optik flaş” yaranacaq. Bu ani işıq partlayışını saatlarla davam edə biləcək infraqırmızı parıltı izləyəcək. Tədqiqatçılara görə, bu hadisə bəşəriyyət tarixində qeydə alınmış ən enerjili Ay toqquşması ola bilər.

Alimlər bu toqquşmanın son dərəcə təsirli olacağını daha əvvəl də proqnozlaşdırmışdılar. Əvvəlki qiymətləndirmələrə görə, 2024 YR4 Aya çırpılsa, təxminən bir kilometr diametrində krater yarana bilər. Toqquşma zamanı təqribən 100 milyon metrik ton materialın üzə çıxacağı və bunun bir hissəsinin Yerə qədər çata biləcəyi ehtimallar arasında göstərilir. Təbii ki, belə bir ssenarinin mütləq baş verəcəyinə dair qəti zəmanət yoxdur. Lakin bu hadisə reallaşarsa, elm dünyası üçün tarixi bir an yaşanacaq.

Araşdırmanın müəlliflərindən biri, Çindəki Tsinxua Universitetinin tədqiqatçısı Yisüan Vu "Live Science” nəşrinə açıqlamasında bildirib:

"Əgər bu ssenari gerçəkləşərsə, planetologiya elmi üçün dönüş nöqtəsi olar. Yer–Ay sistemi asteroid toqquşmaları ilə bağlı anlayışlarımızı sınaqdan keçirə biləcəyimiz nəhəng bir səhnəyə çevrilər".

Tarix
2026.02.05 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

Medvedyevdən şok: Yeni superdövlət yaradılır, lideri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla