Yuxarı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Pakistanın Baş naziri Şahbaz Şərif Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 1-ci iclasının yekunlarında birgə bəyannamə imzalayıblar.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

İslamabadda keçirilən görüş zamanı iki liderin iştirakı ilə strateji tərəfdaşlığın və çoxplanlı əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş ikitərəfli sənədlər paketi imzalanıb.

Sənədlər paketinə iki ölkənin Xarici İşlər Nazirlikləri (XİN) arasında 2026-2028-ci illər üzrə əməkdaşlıq proqramı, biznes şurasının və regionlararası forumun yaradılması haqqında sazişlər, eləcə də güzəştli ticarət haqqında sazişə yeni mallar siyahısının daxil edilməsinə dair protokol daxildir.

Həmçinin liman xidmətləri, dağ-mədən sənayesi, kənd təsərrüfatı, əczaçılıq, toxuculuq sənayesi, rəqəmsal texnologiyalar, mədəniyyət, idman, ekologiya, radiasiya və nüvə təhlükəsizliyi, eləcə də korrupsiyaya qarşı mübarizə və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Əlavə olaraq, Özbəkistan kənd təsərrüfatı məhsullarının Pakistana ixracı üçün fitosanitar tələblərin mübadiləsi üzrə sənədlər, iki ölkənin Müdafiə nazirlikləri arasında yol xəritəsi, həmçinin ali təhsil müəssisələri və ekspert institutları arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Bundan əvvəl Mirziyayev və Şərif qarşılıqlı ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq məqsədilə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Rəsmi məlumatlara əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət həcmi təxminən 500 milyon dollara çatıb, 230-a yaxın birgə müəssisə fəaliyyət göstərir.

Tərəflər həmçinin kənd təsərrüfatı, sənaye və əczaçılıq sahələrində təxminən 3,5 milyard dollar dəyərində layihələr portfeli formalaşdırıblar. Mirziyayev Şərifi Özbəkistana səfərə dəvət edib.

Tarix
2026.02.05 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla