Yuxarı

Coli də Epşteyni 2 dəfə məclisinə dəvət edibmiş - Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Coli də Epşteyni 2 dəfə məclisinə dəvət edibmiş - Detallar

Hollivudun tanınmış aktrisası Ancelina Colinin adı ABŞ tarixindəki ən böyük qalmaqallardan biri olan “Epşteyn işi” ilə bağlı məxfi sənədlərdə üzə çıxıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yanvarın 30-da ictimaiyyətə açıqladığı sonuncu sənəd toplusunda aktrisanın maliyyəçi Ceffri Epşteynlə yazışmaları aşkar edilib.

Arxiv materiallarına görə, Coli 2014 və 2017-ci illərdə Epşteyni öz filmlərinin qapalı nümayişlərinə və özəl məclislərinə dəvət edib. Məlumatda bildirilir ki, aktrisa maliyyəçiyə elektron poçt vasitəsilə iki dəfə dəvət göndərib. Azyaşlıların cinsi istismarında ittiham olunan Epşteyn isə bu dəvətlərə minnətdarlıqla cavab verərək tədbirlərdə iştirak edəcəyinə söz verib.

Qeyd edək ki, sözügedən sənədlər Prezident Donald Trampın seçki vədlərinə uyğun olaraq məxfiliyi ləğv edilmiş 180 min foto və minlərlə yazışmadan ibarət “Epşteyn Kitabxanası” platformasının bir hissəsidir.

Xatırladaq ki, C.Epşteyn 2019-cu ildə cinsi istismar şəbəkəsi idarə etmək və insan alveri ittihamı ilə həbs olunsa da, məhkəmə qarşısına çıxa bilmədən Manhetten həbsxanasında müəmmalı şəkildə ölüb. Yeni sənədlərdə həmçinin Bill Qeyts, şahzadə Endryu və digər dünya şöhrətli məşhurların da maliyyəçi ilə sıx əlaqələri barədə şok detallar yer alıb.

Onu da bildirək ki, ABŞ Ədliyyə Nazirliyi isə zərərçəkmişlərin şikayətlərindən sonra “Epşteynin işi” ilə bağlı bir neçə min sənədi silmək qərarına gəlib.

Tarix
2026.02.05 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla