Yuxarı

Saat 10:00-da qaz kəsiləcək - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saat 10:00-da qaz kəsiləcək - Xəbərdarlıq

2026.02.05. 17:42

Sabah Mingəçevir şəhərinin və Bərdə rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Mingəçevirdə yerləşən Toxuculuq və A. Puşkin küçələrində fərdi yaşayış evlərinin qaz təchizatının şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan ərazinin qaz təminatının işlər yekunlaşanadək daxildən dayandırılması planlaşdırılıb. Qaz təzhizatının dayanması ilə əlaqədar ümumilikdə 380 abonentin qaz təchizatında fasilə yaranacaq.

Bundan başqa, Bərdə rayonunun ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində qeyri yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Qaz təchizatının dayanması ilə əlaqədar İ.Qayıbov , Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində cəmi 2 284 abonentin qaz təchizatında fasilələr yaranacaq.

***

Fevralın 6-da Qazax rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

"Şəmkir RQİİ-nin Qazax rауоn Əskipara AQPS-dən qidalanan Daş Salahlı kəndində d76 mm qaz xəttində уеrаltı qəzа çağırışının ləğv edilməsi və hərbi hissənin yanında siуirtmənin quraşdırılması ilə əlaqədar olaraq rayonun Daş Salahlı kəndi, Qazax şəhərinin Azadlıq və Bakı küçələrində fevralın 6-sı saat 10:00-dan işlər başa çatanadək göstərilən ərazilərdə qaz təminatı (cəmi 1 600 abonent) daxildən dayandırılacaq",- məlumatda qeyd olunub.

Tarix
2026.02.06 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla