Yuxarı

Diqqət: Bu ərazilərdə tikilmiş evlərə sənəd verilməyəcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gecəqondu" adlandırdığımız, yaxud mülki qanunvericiliyə əsasən "özbaşına tikili" hesab edilən evlərin orada necə inşa olunduğunu hamı yaxşı bilir. Həmin evlərin peyda olmasında yerli idarəetmə orqanlarının rolu və əməyi var. Hətta bəzi yerlərdə, məsələn, neft ərazilərində bir yox, bir neçə qurumun məsuliyyəti ortaya çıxır. Bu səbəbdən sənədsiz evlərin necə mövcud olması ilə bağlı günahkar axtarmaq, məsuliyyətə cəlb etmək üçün gecdir.

Axar.az xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Axar TV-nin "Gündəm" layihəsinin qonağı olarkən deyib.

Sənədsiz evlərin sənədləşdirilməsi prosesi haqda danışan ekspert bununla bağlı qərarın cari ilin ilk 6 ayında qəbul ediləcəyini bildirib:

"Ötən il bu istiqamətdə ciddi müzakirələr aparıldı. Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxs və Ədliyyə Nazirliyinin birgə iştirakı ilə bir neçə ictimai müzakirə təşkil olundu, elektron informasiya sisteminin yaradılması ilə bağlı işlərə başlanıldı. Hətta ötən ilin sonuna doğru bu işlərin yekunlaşacağı və qərar qəbul olunacağına dair fikirlər var idi. Yəqin ki, COP29 tədbirinin keçirilməsi ilə əlaqədar bu proses bir qədər gecikdi. Bu istiqamətdə texniki işlər demək olar ki, yekunlaşıb. Normativ hüquqi aktlarda bəzi dəyişiklik edilməsi istiqamətində də işlər görülür. Düşünürəm ki, 2025-ci ilin ilk yarasında sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq".

Sənədləşdirilmə prosesinin sadələşdirildiyini bildirən ekspert bu layihədən kənarda qalacaq istisna ərazilərin olduğunu xatırladıb:

"Mühafizə zolaqlarına düşən, vulkanik ərazilərdə yerləşən, eyni zamanda Binəqədi, Balaxanı kimi bəzi ərazilər var ki, həmin yerlər aktiv mədən əraziləridir, bu yerlərdə tikilən sənədsiz evlər istisna olmaqla, digər bütün ərazilərdəki fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesi proqram üzrə həllini tapacaq. Belə evlərin sənədləşdirilməsi üçün qaydalar da sadələşdirilir. Vətəndaşlar elektron qaydada, heç bir müvafiq quruma getmədən öz məlumatlarını orada yerləşdirəcəklər. Həmin məlumatlar emal olunduqdan sonra tikililərin sənədləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq".

İndiyə kimi nə qədər evin sənəd problemi həll olunub? İstisna ərazilərdə yerləşən evlərin, orada yaşayan sakinlərin aqibəti necə olacaq? Dövlət sənədsiz evlərlə bağlı hansı prioritet əsas götürür? Hansı səbəbdən sənədsiz evlərin sənədləşdirilməsi məsələsi gecikir? Bununla bağlı qərar qəbul edildikdən sonra nə qədər müddətə icra ediləcək?

Ətraflı Axar TV-nin "Gündəm" layihəsinin növbəti buraxılışında:

Tarix
2025.01.15 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?

ABŞ-la saziş: İrəvan cəsarətləndi, Rusiya şokdadır – Bozoyan

ABŞ-Ermənistan sazişində Bakıya qarşı olan 3 bənd

Azərbaycan və Türkiyə birgə hərbi təlimə başlayır - Video

"Azercell"dən qadınların aqrobiznesinə dəstək

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir - Video

Dini qurumların rəhbərləri Əliyevə buna görə təşəkkür etdi

Ceyhun Bayramov AQEM Baş katibi ilə görüşdü

AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı açıqlama

İlham Əliyev 4 fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla