Yuxarı

Tanınmışlar Gözəlin yas mərasimində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmışlar Gözəlin yas mərasimində - Foto

Bakıda Heydər məscidində tanınmış iş adamı, “Azərsun Holdinq”in prezidenti, “Qarabağ” futbol klubunun fəxri prezidenti Abdolbari Gözəlin yas mərasimi keçirilir.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, mərasimdə "Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov, klubun rəhbər heyəti, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov, “Azərsun Holdinq”in işçiləri, iş adamları, ictimai-siyasi xadimlər və mərhumun yaxınları iştirak edirlər.

Qeyd edək ki, Abdolbari Gözəl 23 avqust 1949-cu ildə İranda anadan olub. Milliyyətcə kürd olan Abdolbari Gözəl 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda fəaliyyətə başlayıb. 1997-ci ildə "Azərsun Holdinq"i yaradıb və onun Müşahidə Şurasının sədri olub.

Azərbaycanla yanaşı, İsveçrə və Dubayda neft və neft məhsullarının ticarəti ilə məşğul olan şirkətlər qurub.

İş adamı Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub. O, yanvarın 18-də Dubayda vəfat edib və orada dəfn olunub.

Tarix
2025.01.21 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla