Yuxarı

Bakıda zirzəmisi insan sümükləri ilə dolu məscid - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Əmircan qəsəbəsində yerləşən və zirzəmisində cəsədlər aşkar olunan Əmir Nizaməddin məscidi hazırda nəzarətsiz və baxımsız vəziyyətdədir.

Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ətrafı qənbər daşları ilə döşənmiş bu məscidin tarixi çox qədimlərə, 1329-1330-cu illərə gedib çıxır. Rəvayətə görə, məscid Şirvanşahlar dövründə, Əmir Nizaməddin Kəsrani tərəfindən qaya üzərində tikilib.

Ehtimal edilir ki, zirzəmi XIX əsrin əvvəllərində baş vermiş müharibələr və basqınlar zamanı sığınacaq kimi istifadə olunub. Lakin sonradan bura sərdabə kimi xidmət edib. Tədqiqatlar zamanı burada tabutlar və insan skeletlərinə rast gəlinib. 1920-ci ildən sonra sərdabə bağlanıb və orada dəfn qadağan olub.

Əmircan kənd sakini Tehran Qarayusifli bildirib ki, bu tarixi məkan 2022-ci ildə Bakı Abadlıq Xidməti tərəfindən əsaslı təmir olunub və tarixi abidənin orijinal görkəmi qorunub. Lakin bir sıra problemlər hələ də həllini gözləyir.

Tehran Qarayusifli həmçinin məscidin zirzəmisindəki cəsədlərin qorunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, XIV əsrə aid olan Nizaməddin məscidinin zirzəmisi ilə bağlı məsələ diqqətdə saxlanılacaq.

Ətraflı süjetdə:

Tarix
2025.01.24 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh mətni hazırdır: saziş nə vaxt imzalana bilər?

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Uitkoff Moskvadan Bakıya gəlib? - Sensasion səbəb

Müqavilə mətnində bu barədə bənd yoxdur - Mirzoyan

Sülh sazişi bu ölkədə imzalana bilər - Zülfüqarov

Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri başa çatdı

Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir

Bayramovla Georgiyev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla