Yuxarı

Qırmızı Ürəklər Fondu “İlin ən yaxşı tərəfdaşı” seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2024-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşulan sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb. Mükafatlandırmanın əsas meyarı ətraf mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin, ekosistemin bərpasına yönələn layihələrin həyata keçirilməsi, ekoloji maarifləndirmə sahəsindəki təşəbbüskarlıqlar olub.

Ekoloji təşəbbüsləri, xüsusən də tullantıların idarə edilməsi sahəsində fəaliyyəti və əldə etdiyi yüksək nəticələrlə fərqlənən Qırmızı Ürəklər Fondu mərasimdə “İlin ən yaxşı tərəfdaşı” adına layiq görülüb. Mükafatı Fondun prezidenti Yusif Poladova Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib.

Qeyd edək ki, Qırmızı Ürəklər Fondu 2024-cü ildə “Sıfır Tullantı Həmrəylik Marafonu”na start verib. 5 iqtisadi rayonu əhatə edən genişmiqyaslı layihədə 241 könüllünün iştirakı ilə 3 ton tullantı toplanıb və təkrar emala yönləndirilməsi üçün lazımi tədbirlər görülüb.

Fondun digər təqdirəlayiq layihəsi “Batareyaları təhvil ver, təbiəti qoru” kampaniyası çərçivəsində ötən il ərzində 1645 kiloqram zərərli tullantı təhlükəsiz şəkildə toplanıb. Kampaniyanın miqyasını genişləndirmək üçün 500-ə yaxın təhvil nöqtəsi yaradılıb. Zərərli tullantıların yarada biləcəyi fəsadlar və görülməli olan tədbirlərlə bağlı təhsil müəssisələrində və icmalarda geniş maarifləndirmə tədbirləri təşkil olunub, ekoloji şüurun artırılmasına yönələn addımlar atılıb.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Tarix
2025.01.28 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Uitkoff Moskvadan Bakıya gəlib? - Sensasion səbəb

Müqavilə mətnində bu barədə bənd yoxdur - Mirzoyan

Sülh sazişi bu ölkədə imzalana bilər - Zülfüqarov

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri başa çatdı

Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir

Bayramovla Georgiyev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla