Yuxarı

Bakıda baş verən partlayışlar terrordur? - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda baş verən partlayışlar terrordur? - Sorğu

Azərbaycanda baş vermiş partlayışları terror hesab edən oxucularımızın sayı 49%-dir.

Bu nəticə "Axar.az" saytının keçirdiyi sorğulardan sonra bəlli olub.

Sorğuda 917 oxucu iştirak edib. İştirakçılar "Azərbaycanda bir gündə baş verən 4 partlayışı terror hesab edirsinizmi?" sualı cavablandırılıb.

Oxucularımızın 49%-i bu partlayışları terror kimi qiymətləndirib. 36% şəxs isə ümumiyyətlə bunlara terror kimi qiymət verilməsi ilə razılaşmayıb. Sorğuda iştirak edənlərin 15%-i isə baş vermiş hadisələrə qiymət verməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, fevralın 13-də Azərbaycanın müxtəlif yerlərində partlayışlar baş vermişdi. Partlayışlar nəticəsində isə 4 nəfər həlak olmuş, 6 nəfər isə yaralanmışdı.

Xatırladaq ki, bir müddət öncə "Meşə qardaşları" və "Ceyşullah" terror təşkilatları Azərbaycanda müxtəlif partlayışlar edəcəkləri ilə bağlı bəyanat yaymışdılar. Dövlət rəsmiləri isə baş verən partlayışların terrorla heç bir əlaqəsinin olmadığını vurğulamışdı.

Tarix
2014.02.19 / 10:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla