Yuxarı

12 il öncə İsmayılovu girov saxlayıb öldürən şəxsin cəzası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
12 il öncə İsmayılovu girov saxlayıb öldürən şəxsin cəzası

Rusiyanın Sank-Peterburq şəhərində 2013-cü ildə Heydər İsmayılovu qayınları ilə əlbir olub bir neçə gün girov saxladıqdan sonra qətlə yetirməkdə təqsirləndirilən Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2013-cü ilin yanvar ayında baş verib.

İttihama görə, Ülfət Məmmədov və Heydər İsmayılov Ülfətin qayınlarına məxsus Sank-Peterburq şəhərində yerləşən mağazada bir yerdə işləyiblər. Bir müddət sonra Heydər İsmayılovun həmin mağazadan 500 min rubla yaxın vəsaiti kassaya ödəməyərək mənimsədiyi məlum olub. Onlar pulu Heydər İsmayılovdan tələb etdikdə geri qaytarmayıb. Bu səbəbdən Ülfət qayınları Cabir Cəfərov, Zahir Cəfərov və tanışı, Tacikistan vətəndaşı Tahir Adiloviçlə əlbir olub Heydər İsmayılovu girov götürüblər. Onu bir neçə gün mənzildə girov saxladıqdan sonra Sank-Peterburq şəhəri yaxınlığında meşəlik əraziyə apararaq qətlə yetiriblər.

O, Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə), 120.2.2, 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə), 144.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə ittiham edilib.

Tarix
2025.02.03 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla