Yuxarı

Azərbaycanda bu kanalların yayımı dayandırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə MTV və Dünya TV kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş video-formatda iclası keçirilib.

Audiovizual Şuradan Axar.az-a verilən məlumata görə, 03 fevral 2025-ci il tarixində, saat 21:28-də MTV kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub.

Bildirilib ki, həmçinin həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunub və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib.

Bundan əlavə, 03 fevral 2025-cü il tarixində, saat 19:40-da"Dünya TV kanalının efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbi pozulub.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 08:00-11:00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.

Tarix
2025.02.05 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla